Məşhur müğənni Zeyn Malik səhhətindəki problemlər səbəbindən xəstəxanaya yerləşdirilib və bir sıra konsertlərini ləğv edib.
OLAY yazır ki, “One Direction”ın ulduzu Instaqramda "Konnakol Tour" turunun cədvəlini ciddi şəkildə kiçiltdiyini açıqlayıb, 32 şoudan yalnız 9-u qalıb. Tam olaraq səbəbini qeyd etməsə də, sadəcə cədvəlini gözdən keçirmək və bir çox konserti ləğv etmək məcburiyyətində qaldığını bildirib.
Məlumata görə, Zayn bütün ABŞ şoularını və bir neçə Avropa şousunu ləğv edib.
Qeyd edək ki, müğənni niyə xəstəxanaya yerləşdirildiyini açıqlamayıb.

















