Mert Yazıcıoğlu ilk dəfə sevgilisi ilə...

Mert Yazıcıoğlu ilk dəfə sevgilisi ilə...

Aktyor Mert Yazıcıoğlu bir müddətdir eşq yaşadığı yazıçı Gülseren Budayıcıoğlunun nəvəsi Zeynep Artukmaç ilə ilk dəfə birgə obyektiv qarşısında poz verib.

OLAY yazır ki, Mert Yazıcıoğlu və sevgilisi Etilerdeki bir məkanın çıxışında görüntüləniblər. Xoş əhval-ruhiyyə ilə diqqət çəkən Yazıcıoğlu və Artukmaç "Hər şey yolundadır, münasibətimiz çox gözəl gedir" sözləri ilə xoşbəxtliklərini ifadə ediblər.

Jurnalistlərin Zeynep Artukmaç’ın görüntülənməkdən qaçındığına dair sualına isə Mert Yazıcıoğlu zarafatla "Biz hər yerə birgə gedirik, amma görünür, siz uyğun anı tapa bilmirsiniz" cavabını verib.