Müğənnilər Sevil və Sevinc Səfərovalar ölümdən qurtulduqlarını yazıblar.
OLAY yazır ki, bu barədə bacılar özləri paylaşım edib:
“Çox şükür... Bu gün sağ-salamat evimizə dönə bildik... O atışmaların səsi hələ də qulaqlarımdadır... Alovları içindən keçdiyimiz o anlar gözümün önündən getmir... Hər saniyə sanki son anımız kimi idi... Oradan sağ çıxmaq artıq şans deyil, Allahın bizə verdiyi ikinci həyatdır. Kimsə deməsin ki, müğənnilərin işi asandır. Səhnədə gülən üzlərin arxasında bəzən ölüm qorxusu, göz yaşı və heç kimin bilmədiyi ağır anlar gizlənir...”.
Onlar hadisənin harada baş verməsi barədə məlumat verməyiblər.

















