Demet Akalın gənc reperlərlə bağlı danışdı

Demet Akalın gənc reperlərlə bağlı danışdı
Demet Akalın gənc reperlərlə bağlı danışdı

Türk müğənni Demet Akalın jurnalistlərə verdiyi müsahibəsi ilə diqqət çəkib.

OLAY yazır ki, o Ebo ləqəbi ilə tanınan İbrahim Tilaverin yeni mahnısı ilə bağlı bu sözləri deyib:

“Ebo bir gün Okana zəng edərək sabah mahnım çıxacaq, Demeti zirvədən endirəcəyik dedi. 1 gün sonra mahnısı çıxdı və siyahıda bizi zirvədən endirərək 1-ci oldu. Yeni çıxacaq mahnının bu qədər seviləcəyini necə bilmək olar?”.

Akalın həmçinin gənc ifaçıları bu qədər tənqid etməyin düzgün olmadığını bildirib:

“Reper Lvbel niyə bu qədər tənqid olunur ? O dövr keçib,100 il keçib, dövr dəyişib, mahnılar dəyişib. Gücünüz çatırsa siz də elə mahnılar ifa edin, doldurun o səhnələri”.

Mənbə: olay.az