Türkiyənin məşhur "Kızılcık Şerbeti" serialının yeni mövsümündə daha bir aktyor serialdan ayrılacaq.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, layihədə "Lider" obrazını canlandıran Murat Aygen layihədən ayrıldığını açıqlayıb.
Aktyor bu qərarının səbəbini hekayə xəttində edilən dəyişikliklərdən narazı olduğunu bildirib.
O, "Lider"in hazırkı vəziyyəti ilə artıq bağ qura bilmədiyini və onu qəbul edə bilmədiyini izah edib
. Ayrılığının serialdakı ssenarist dəyişikliyi ilə heç bir əlaqəsi olmadığını vurğulayan Aygen, "Haradasa bədbəxt olmaq istəmirəm", - deyə qeyd edib
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Mənbə:
news.milli.az
















