Leyla qızı və öz adını kosmosa göndərir - FOTO

Leyla qızı və öz adını kosmosa göndərir - FOTO

Aparıcı Leyla Mustafayeva özünün və qızı Selcanın adını rəsmi olaraq kosmik səfərə yollayır.

Milli.Az xəbər verir ki, o, instaqram səhifəsində aldığı biletin fotusunu paylaşaraq səfərin 2026-cı ilin aprelində baş tutacağını qeyd edib.

Məsələ ilə bağlı saytımıza açıqlama verən aparıcı bunları bildirib:

"Qızım və mənim adım xüsusi SD karta yazılacaq və "Orion" uçuş aparatının içində kosmosa göndəriləcək. Bu, Artemis 2, NASA-nın Aya insanlı uçuş planının ilk mərhələsində baş tutacaq. Cismim gedə bilməsə də, ruhum bunu edəcək. İnşallah ki. adımız apreldə kosmosa gedəcək".

(function(containerId) { if (typeof window.loadAdVideoZL === 'undefined') { window.loadAdVideoZL = new Promise((resolve, reject) => { import('/vast_test/main.js?20250529001') .then(module => { window.initAdVideoZL = module.default; resolve(window.initAdVideoZL); }) .catch(reject); }); } window.loadAdVideoZL.then((initAdVideoZL) => { initAdVideoZL(containerId); }); })('ad-video-container-68c540cca15fb');

Qeyd edək ki, Leyla Mustafayeva bir müddət əvvəl yaşadığı evin həyətindən meteorit tapmışdı.

Milli.Az