Samira Röya ilə duetini bu dəfə PRoMete ilə oxudu

Samira Röya ilə duetini bu dəfə PRoMete ilə oxudu

Müğənni Samira AliMaryam 15 il əvvəl Xalq artisti Röya Ayxanla birgə ifa etdiyi “Dəli küləyim” mahnısına yenidən müraciət edib.

OLAY yazır ki, söz və musiqisi Muxtar Abseynova məxsus olan mahnını bu dəfə sənətçi rep ifaçısı PRoMete (Pərviz İsaqov) ilə duet şəklində səsləndirib. Sözügedən ifa ötən ilin yayında Heydər Əliyev Mərkəzinin parkında keçirilən “Yay Festivalı”nın bağlanış konsertində təqdim olunub. Lakin duetə çəkilən klip bu il izləyicilərin ixtiyarına verilib.

“Mahnılarımda həyatımın hər bir hissəsini yazıram. Dinlədikləriniz əslində mənim həyat hekayəmdir”, – deyə PRoMete bildirib.

Qeyd edək ki, mahnı artıq PRoMetenin rəsmi YouTube kanalında və bütün rəqəmsal musiqi platformalarında yayımlanıb.