Di Kaprio: “Özümü hələ də 32 yaşında hiss edirəm”

Di Kaprio: “Özümü hələ də 32 yaşında hiss edirəm”

Hollivud ulduzu Leonardo Di Kaprio noyabr ayında 50 yaşını qeyd etməyə hazırlaşsa da, yaşını yalnız rəsmi sənədlərdə hiss etdiyini deyir.

Milli.Az-ın məlumatına görə, aktyor zarafatla bildirib ki, "emosional olaraq 35 yaşımı ötən il qeyd etmişəm".

Ulduz aktyor yaş artdıqca həyata baxışının dəyişdiyini etiraf edib:

"50-dən sonra anlayırsan ki, vaxtını boş yerə sərf etmək istəmirsən. Həqiqi və birbaşa olmaq lazımdır, hətta bu münasibətlərin pozulması və ya şəxsi və ya peşəkar əlaqələrin bitməsi bahasına başa gəlsə belə".

Di Kaprio bu yanaşmanı anasından öyrəndiyini vurğulayıb:

"O, nə düşünürsə, açıq şəkildə deyir və heç vaxt özünü başqa cür göstərmir".

Qeyd edək ki, hazırda aktyor 27 yaşlı model Vittoria Çeretti ilə münasibətdədir. Cütlük 2023-cü ildən bəri birlikdədir. Ondan əvvəl isə Di Kaprionun Gigi Hadid, Camila Morrone, Nina Agdal, Toni Garrn və digər tanınmış modellərlə münasibətləri olub.

Kənan
Milli.Az