Aktyor Nicat Rəhimovun qızının ad günüdür.
OLAY yazır ki, sənətçinin övladının bir yaşı tamam olur.
Bununla bağlı Nicatın xanımı Ülviyyə Rəhimova instaqramda bu sözləri qeyd edib:
“Sənə gedən yol çox uzun və çətin oldu. Amma sən gəlişinlə özündən öncəki həyatı unutdurdun. Məyusluqları, itkiləri, gücsüzlüyü yox elədin. Bir gülüşün ilə bütün günün yorğunluğunu aradan qaldırırsan. Bir baxışınla davam etməyə güc verirsən. Həyata məna, məqsəd, dəyər qatırsan. Nə yaxşı ki, bizi öz valideynin olaraq seçdin. Nə yaxşı ki, Allah bizi sənə laiq bildi. Sən hər zaman sağlam və xoşbəxt ol. Saleh bəndə, xeyirli övlad ol. Amin. Bütün mənfilər səndən daim uzaq olsun. Allah səni qorusun, qızım, 1 yaşın mübarək”.
Aktyor özü də sosial media hesabında övladını paylaşıb:
“Əziz qızım, bu gün sənin 1 yaşın tamam olur və mən dünyanın ən şanslı atasıyam. Sən dünyamızdakı ən qiymətli varlıqsan. Hər şey səninlə daha gözəldir, çox xoşbəxt ol”.