Zəncəfilli qatıqla 36 kilo arıqlayan kişi öldü

Zəncəfilli qatıqla 36 kilo arıqlayan kişi öldü
Zəncəfilli qatıqla 36 kilo arıqlayan kişi öldü

Arıqlamaq məqsədilə təbabət üsulundan istifadə edən Siyəzən sakini qəfil vəfat edib.

OLAY qafqazinfo-a istinadən yazır ki, sakini olan Seymur Səmədov səhhətində yaranan problem səbəbindən həyatını itirib.

Yaxınları bildirib ki, 1987-ci il təvəllüdlü Seymur arıqlamaq məqsədilə 1 ay imiş zəncəfilli qatıq yeyirmiş. Onun son həftələrdə 36 kq çəki itirdiyi bildirilir. 

İlkin məlumata görə, bu onun səhhətində problem yaradıb və qəfil ölümünə səbəb olub.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: olay.az