“44” rekord qırır – 15 günə 122 min izləyici!

“44” rekord qırır – 15 günə 122 min izləyici!
“44” rekord qırır – 15 günə 122 min izləyici!

Ölkə kinoteatrlarında nümayişinə start verilən “44” bədii filmi ilk gündən etibarən tamaşaçıların böyük marağına səbəb olub.

OLAY yazır ki, film qısa müddətdə rekord izləyici sayına çatıb. Ekran əsərini cəmi 15 gün ərzində 122 min nəfər izləyib.

Bu göstərici Azərbaycan kino tarixində kinoteatr nümayişi üzrə yeni rekord hesab olunur.

Qeyd edək ki, “44” filminin nümayiş olunduğu kinozallarda yüksək tamaşaçı sıxlığı müşahidə edilir. Artan maraq səbəbindən seansların sayı da çoxaldılıb. Bildirilir ki, nümayiş seanslarının daha da artırılması mümkün olarsa, filmin ümumi izləyici sayının əhəmiyyətli dərəcədə yüksələcəyi gözlənilir.

“44” rekord qırır – 15 günə 122 min izləyici!
Mənbə: olay.az