Türkiyədə "Bekar gezelim" mahnısı ilə məşhurlaşan "Grup Laçin" musiqi qrupuna ağır itki üz verib.
Milli.Az publika.az-a istinadən xəbər verir ki, 90-cı illərə damğa vuran musiqi qrupunun üzvlərindən olan Şeref Baldemir dünyasını dəyişib.
Bu barədə qrupun solisti Serkan Çağrı məlumat yayıb.
O, Şerefin uzun müddət xəstəlikdən əziyyət çəkdiyini bildirib:
"Grup Laçin"in üzvlərindən biri olan qarmon ifaçısı, dəyərli qardaşım Şərif Baldemiri itirdik. Təəssüf ki, o, 2,5 aya yaxın reanimasiyada qaldıqdan sonra həyat mübarizəsini dayandırdı".
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun


Mənbə:
news.milli.az

















