Mərhum müğənni Maykl Ceksonun ev heyvanı olan “Babbls” adlı şimpanzesi haqqında məlumat yayılıb.
OLAY yazır ki, Babbls hələ də sağdır. O, artıq uzun illərdir ABŞ-nin Florida ştatında yerləşən “Center for Great Apes” adlı sığınacaqda yaşayır.
Xatırladaq ki, Babbls bir vaxtlar Maykl Ceksonun ən məşhur ev heyvanlarından biri olub. Lakin Pop-kralın vəfatından sonra sığınacağa yerləşdirilib. Orada digər şimpanzelərlə birlikdə daha təbii və təhlükəsiz mühitdə yaşayır.

















