Meyxanadan "gedir"

Meyxanadan "gedir"
Meyxanadan "gedir"

"Mən meyxanadan yavaş-yavaş uzaqlaşıram, amma bu sənətdən getməyim anlamına gəlmir".

Milli.Az bakıvaxtı.az-a istinadən xəbər verir ki, bu sözləri meyxanaçı Orxan Lökbatanlı "Həmin Zaur" verilişində deyib.

O, sevənlərinə səslənib:

"Narahat olmayın, sənətlə vidalaşmıram, öz fəaliyyətimi davam etdirəcəm. Yazıb-oxuyacam, amma meyxana deməyəcəm".

Qeyd edək ki, Orxan Lökbatanlı bir müddət öncə sənətdən gedəcəyini bildirib. Bu da meyxanaçılar və xiridarlar arasında heç də xoş qarşılanmayıb.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Mənbə: news.milli.az