Müğənni Nura Suri yeni mahnısı ilə paylaşım edib.
OLAY yazır ki, Nura yeni layihəsindən fraqment paylaşaraq bunları yazıb:
“2 gün sonra doğum günümdür. Bu dünyaya niyə gəldiyimi düşündüyümdə, ağlıma həmişə üç oğlumun anası olmaq gəlir. Bir gün ölümlə üz-üzə qaldım. Həkimlər belə komadan çıxacağıma inanmırdı, amma mən ölmədim - həyata geri döndüm. Həmin hadisədən bir il sonra kiçik oğlum Davidin anası oldum. Bəlkə də həyata Davidi dünyaya gətirmək üçün qayıtmışdım. Həmişə öz üzərimdə çalışmışam ki, yaxşı və vicdanlı insan olum. Etdiyim hər yaxşı əmələ görə bu gün özümlə qürur duyuram. Mərhəmətli, ədalətli və vicdanlı insan olduğumu özüm bilirəm. Düşünürəm ki, bu xüsusiyyətlərim mənfi tərəflərimin üzərindən xətt çəkir. Uzun müddətdir yeni və çox gözəl mahnılar üzərində çalışıram. Bir-birindən fərqli və gözəl nəğmələr təqdim edəcəyəm. 14 aprel saat 19:00-da yeni “Nağıl” adlı mahnım yayımlanacaq. Bu mahnı - doğum günümə özümə etdiyim gözəl hədiyyədir”.
















