İrina Şeykin 25 il öncəki FOTOları

İrina Şeykin 25 il öncəki FOTOları

Dünya şöhrətli model İrina Şeyk sosial şəbəkədə arxiv fotoları ilə diqqət çəkib.

Milli.Az xəbər verir ki, paylaşdığı şəkillər onun yeniyetməlik illərinə aiddir. Kadrlarda modelin ailəsi və yaxın dostları ilə birlikdə doğulub boya-başa çatdığı Yemanzhelinsk şəhərində çəkilən anları əks olunub.

Məlumata görə, İrina Şeyk modellik fəaliyyətinə 2004-cü ildə yerli gözəllik müsabiqəsində iştirak etməklə başlayıb. Qısa müddət sonra o, Avropa və ABŞ-da işləməyə dəvət alıb və beynəlxalq karyeraya qədəm qoyub.

Bir neçə il ərzində məşhur model Intimissimi markası ilə əməkdaşlıq edib, daha sonra isə Sports Illustrated jurnalının üz qabığında yer alan ilk rus model kimi tarixə düşüb.

Hazırda İrina  moda dünyasının ən tanınmış simalarından biri hesab olunur və supermodel kimi böyük nüfuza malikdir.

Milli.Az