Türk aktyorlar Bakıdakı matçdan danışdılar - Özəl

Türk aktyorlar Bakıdakı matçdan danışdılar - Özəl

Azərbaycan mədəniyyət və incəsənət nümayəndələrindən ibarət futbol üzrə milli komandamız bu dəfə qardaş Türkiyənin incəsənət nümayəndələrindən ibarət komandasıyla yoldaşlıq görüşü keçirilib.

4 Aprel Bayıl Arenada baş tutan futbol oyununda Türkiyə komandasında Erkan Kolçak Köstandil, Serkan Rutkay Ayıköz, Rahimcan Kapkap, Rza Kocaoğlu, Bora Akkaş, Deniz Cem, veteran futbolçu Hasan Kabze və başqa tanınmış simalar oynayıb.

Azərbaycan heyətində Nadir Rüstəmli, Fuad İsgəndərov, Vüqar Şəfiyev, İlkin Dövlətov, Fəxri İsmayılov və bir çox sima yer alıb.

1:0 komandamızın qalib gəldiyi oyundan gələn gəlir uşaqlar evinə bağışlanıb. OLAY matçdan əvvəl və sonra komanda üzvləri ilə həmsöhbət olub.

Onlar kimsəsiz uşaqlar üçün keçirilən oyunun önəmindən danışıblar.

Özəl kadrları təqdim edirik:

Pərviz Allahverdiyev

Samirə Ərəblinskaya