Cennifer Lopez təqaüdə çıxır: "Mənim üçün yeni bir dövrün sonudur" - FOTO

Cennifer Lopez təqaüdə çıxır: "Mənim üçün yeni bir dövrün sonudur" - FOTO
Cennifer Lopez təqaüdə çıxır: "Mənim üçün yeni bir dövrün sonudur" - FOTO

Məşhur müğənni Cennifer Lopezin təqaüdə çıxacağı bildirilib.

Milli.Az baku.ws-ə istinadən bildirir ki, buna səbəb ifaçını 9-cü stüdio albomunun sonuncu albom olacağını söyləməsdir.

"Açığı yenidən yeni bir albom çıxaracağıma əmin deyiləm. 9-cu albomum xüsusi kolleksiyamdır. Mənim üçün yeni bir dövrün sonudur. Bu səbəblə də bütün enerjimi bu alboma sərf etdim" - deyə, Cennifer qeyd edib.

Albomdakı "Dear Ben pt. II" və "Midnight Trip to Vegas" adlı sinqllar Cenniferin Afleklə evliliyinə həsr edilib.

"This Is Me... Now" adlı albom fevralın 16-da musiqisevərlərin ixtiyarına veriləcək. Bundan əvvəlki albomu isə "This Is Me... Then" adlanırdı.

Bu albomdan sonra "This Is Me... Now: The Film" adlı film də yayımlanacq.

Lopez ekran işinin senarisini həyat yoldaşı ilə birlikdə qələmə alıb.

Filmin fragmanında 2002-ci il 24 noyabrda yazılan bir məktub var. Orada "Sevgi çətindir amma sən şirinsən. Hədiyyə üçün təşəkkür edirəm. Ümid edirəm gülləri bəyənərsən" yazısı qeyd edilib. 

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Cennifer Lopez təqaüdə çıxır: "Mənim üçün yeni bir dövrün sonudur" - FOTO
Mənbə: news.milli.az