80 yaşlı De Niro ilk dəfə qızını göstərdi

80 yaşlı De Niro ilk dəfə qızını göstərdi
80 yaşlı De Niro ilk dəfə qızını göstərdi

80 yaşlı Hollivud ulduzu Robert De Niro ilk dəfə 7-ci övladını göstərib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, 10 aylıq qzı Ciayla fotosunu "People" nəşrinə verən aktyor bunları deyib:

"O, sevimli uşaqdır. Mən ona baxanda hər şey arxa plana keçir. Ona görə də bu dəqiqə sadəcə onun yanında olmaq böyük sevinc və rahatlıqdır".

Qeyd edək ki, aktyor 2015-ci ildən körpənin anası Tiffani Çen ilə birlikdə çalışıb. Cütlük 2021-ci ildə münasibətə başlayıb.

Milli.Az

Mənbə: news.milli.az