Hadise 50 min təzminat alacaq

Hadise 50 min təzminat alacaq
Hadise 50 min təzminat alacaq

Türk müğənni Hadise Ahmet Çakara açdığı təzminat davasını qazanıb.

OLAY yazır ki, Çakır verilişlərin birində Hadiseyə “Tərbiyəsiz və görməmiş qadındır” – dediyi üçün müğənni ona 50 min lirəlik təzminat davası açıb. Məhkəmə Hadiseni haqlı görərək Çakırın müğənniyə 15 dekabr 2024-cü ildən bu yana olan faizi ilə birgə 50 min lirə təzminat ödəməsinə qərar verib.

Mənbə: olay.az