Müğənni Rəqsanə İsmayılova ayrılıq xəbərlərini yalanlayıb.
OLAY yazır ki, bu barədə sənətçi Xəzər TV-də danışıb. Rəqsanə deyib ki, “Fazillə hər şey bitib” açıqlaması səhv başa düşülüb:
“Demək istədim ki, həyatımda sevgi onunla bitib. Heç nə bitməyib, ailəmlə birlikdəyəm. O qədər dedilər, axırda bitəcək. Fazil müəllim Bakıda, uşaqlarımın yanındadır. O da dünəndən əsəbiləşib ki, sən demisən. Ayrılmamışıq. Ayrılıq elə bir şeydir ki, bunu gizlətmək olmaz, nə vaxtsa ortaya çıxacaq. Ayrılanda deyərəm, ayrılmışam, bitibdir. Məsələni nə qədər gizlədə bilərəm ki? Yalan söhbətdir”.
Mənbə:
olay.az

















