"Drakon" Ali Məhkəmədən şikayət verəcək?

"Drakon" Ali Məhkəmədən şikayət verəcək?
"Drakon" Ali Məhkəmədən şikayət verəcək?

Hazırda Ali Məhkəmənin plenumuna müraciət olunması ilə bağlı zəruri əsaslar yoxdur.

Milli.Az bildirir ki, bu sözləri Kult.az-a açıqlamasında "Drakon" ləqəbli aktyor Rza Rzayevin vəkili Səlahəddin Cəfərov deyib.

"Əfv məsələsi də gündəmdə deyil deyə, müraciət edə bilmirik. Nə zaman gündəmdə olsa, müraciət etməyi düşünürük", - o bildirib.

Qeyd edək ki, Rza Rzayev may ayının 18-i Tural Mirzəliyev və Ülvi Quliyevin şikayətləri əsasında 2 il müddətinə həbs edilib. Ötən gün isə Ali Məhkəmə Rza Rzayev haqqında Bakı Apellyasiya Məhkəməsinin qərarını qüvvədə saxlayıb.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Mənbə: news.milli.az