OLAY 4 yaşında!

OLAY 4 yaşında!

Bu gün “Liatris Holding”in nəzdində fəaliyyət göstərən OLAY.az saytının 4 yaşı tamam olur.

Əsası 2021-ci ilin 4 oktyabrında iş xanımı Ruhiyyə Əliyeva tərəfindən qoyulan media qurumu bu illər ərzində yüzlərlə fərqli, rəngarəng və sensasiyalı müsahibələr, özəl məlumatlar, eksklüziv açıqlamalar və xəbərlərlə oxucu qarşısına çıxır.

OLAY-a məxsus xəbərlər tək Azərbaycanda deyil, Türkiyə, Rusiya, Ukrayna və başqa ölkələrin mediasında da boy göstərib.

Bu gün OLAY-ın aylıq görüntülənməsi 35 milyonu keçir, xəbərlər qısa zamanda gündəm olur.

Saytın baş redaktoru Pərviz Hüseyn, redaktoru isə Samirə Ərəblinskayadır.