“Mən onu görəndə Cabir çox gümrah idi”

“Mən onu görəndə Cabir çox gümrah idi”

Əməkdar artist Ədalət Şükürov mərhum Cabir İmanov barədə danışıb.

OLAY yazır ki, sənətçi Əməkdar artistlə 5 gün öncə bir məclisdə olduqlarını bildirib:

“Biraz çətindir danışmaq. 5 gün əvvəl bir yerdə məclisdə idik. Mən oxudum, o rəqs etdi. Biz həmişə gülməkdən ağlayırdıq. Belə ağlatmağını gözləməzdik. Təəssüflər olsun. Allah yaxınlarına, qohumlarına səbr versin. Cabir gözəl insan idi, gözəl dost idi, gözəl aktyor idi. Allah rəhmət eləsin.

Mən onu görəndə Cabir çox gümrah idi, özünü yaxşı hiss edirdi. Bu xəstəlik insanı hər yerdə tapa bilər; yolda,maşında, deyib güləndə, idmanla bağlı bir şey yoxdur. Heç vaxt səhhəti ilə bağlı problem yox idi. Avqustda dövlət tədbirində görüşdük. Arıqlamışdı, kostyum əyninə oturmuşdu”.