Aparıcı Afaq Gəncəli illər sonra etirafı ilə diqqət çəkib.
Milli.Az xəbər verir ki, Afaq RTV-də yayımlanan "Çərçivədən kənar" verilişində ona fəaliyyətinin ilk vaxtlarında qarğış edən tanınmış şəxsdən danışıb:
"Ad çəkməyəcəyəm. İndi münasibətim yaxşıdı. Əvvəllər fikirləşirdim ki, bəlkə də onu bağışlamaram. Çünki o, ah-nalə, qarğış edəndə mənim həyatımda hər şey yaxşı idi, heç nə baş verməmişdi. Süjeti çəkilən yox, yanındakı şəxsin xətrinə dəymişdi. O da kifayət qədər tanınmışdır. Sağ olsun, redaktorumuz da "kökündən vurmuşdu". Onun detalları ilə dediyi hər şeyi yaşadım. Bir anaya övladı ilə bağlı o kəlməni demək? Sənin işin mənimlədir, övladımla nə işin var?". (olay)
(function(containerId) { if (typeof window.loadAdVideoZL === 'undefined') { window.loadAdVideoZL = new Promise((resolve, reject) => { import('/vast_test/main.js?20250529001') .then(module => { window.initAdVideoZL = module.default; resolve(window.initAdVideoZL); }) .catch(reject); }); } window.loadAdVideoZL.then((initAdVideoZL) => { initAdVideoZL(containerId); }); })('ad-video-container-68da58c6cd70e');Milli.Az