Türkiyəli aktrisa Hande Erçellə iş adamı Hakan Sabancının ayrılmasının ardından iddialar yayılmaqda davam edir.
Şayiələrdən biri də cütlüyün məhz Hakanın anası Arzu Sabancının təkidləri nəticəsində münasibətlərini sonlandırması ilə bağlıdır. Digər iddiaya görə ayrılığın əsas səbəbi anasının Handeni bəyənməməsi və daha sonra atdığı nalayiq paylaşımdır.
A.Sabancı bununla bağlı paylaşımında qərarın oğlu ilə Handeyə məxsus olduğunu, heç bir müdaxilə etmədiyini deyib:
"Şərhlərdə olmadığım biri kimi göstərilmək məni əsəbiləşdirdiyi üçün bunu yazmaq istədim.
Hande hər kəs tərəfindən sevilir, həm sənətində uğur qazanmış, həm də zərif, ağıllı, dərin dəyərlərə malik gənc qadındır. Münasibətləri boyu onları sevinclə izləmişəm. Ayrılma qərarı Hakan və Handenin idi. Biz ailə olaraq bunu sonradan öyrəndik. Oğullarımızın şəxsi həyatı tamamilə öz seçimləri və qərarlarıdır. Biz heç vaxt bu prosesdə iştirak etməmişik və etməyəcəyik.
İnsanların məni olmadığım biri kimi göstərməyə çalışmasına kədərlənirəm.
Amma bunları yazsam da hər kəs inanmaq istədiyinə inanacaq, amma yenə də öz həqiqətimi yazıb burada paylaşmaq istədim". /axsam.az
----------------
2025.08.30
Türkiyəli aktrisa Hande Erçel iş adamı Hakan Sabancı ilə ayrılıq xəbərlərindən sonra ilk dəfə görüntülənib.
Milli.Az xəbər verir ki, jurnalistin ayrılıqla bağlı suallarını aktrisa cavabsız qoyub.
O, "Heçnə danışmayacağam" cavabını verib.
Müxbirin "Ayrılıq səbəbi xəyanətdir? Heç danışmayacaqsınız" suallarına isə Hande reaksiya verməyib.
------------
22:28
Məşhur aktrisa Hande Erçel ilə iş adamı Hakan Sabancının üç ildir davam edən münasibəti gözlənilmədən başa çatıb. Ayrılığın pərdəarxasında isə Hakan Sabancı'nın anası Arzu Sabancı'nın evliliyə razılıq verməməsi olduğu iddia edilir. Erçel'in sosial mediada birlikdə çəkilən şəkilləri silməsi isə söz-söhbətləri daha da gücləndirib.
Bir müddətdir evlilik yolunda olduqları deyilən cütlüyün sürpriz şəkildə ayrılması magazin gündəmini silkələyib. Hande Erçel'in Instagram hesabından Sabancı ilə romantik fotolarını silməsi, "ayrılıq artıq qəti" kimi dəyərləndirilib.
Cütlüyün yollarını ayırmasının əsas səbəbi kimi "ailə faktoru" göstərilir. İddialara görə, Hande Erçel evlilik qərarı versə də, Arzu Sabancı bu nikaha müsbət yanaşmayıb. Anasının etirazından sonra cütlüyün İtaliya səfərindən dönüşdə ayrılıq qərarı aldığı irəli sürülüb.
Arzu Sabancı'nın sosial media paylaşımı da böyük rezonans doğurub. O, Instagram hesabında belə yazıb:
"Cəhalət də yuxu kimidir. Səni oyadan insana ilk reaksiyan qəzəb olar."
Bu paylaşım qısa müddətdə gündəmi zəbt edib.
---------------
2025.08.25
Məşhur aktrisa Hande Erçel Instagram hesabından Hakan Sabancı ilə olan bütün fotolarını silib. Qısa müddət sonra Hakan Sabancı da eyni addımı ataraq sosial media hesabından Hande Erçellə çəkilən bütün fotolarını silib.
Cütlük münasibətlərinin əvvəlindən bəri tez-tez ayrılıq xəbərləri ilə gündəmə gəlib. Xüsusilə Hande Erçelin Barış Arduç ilə rol aldığı "Rüzgâra Bırak" və "Aşkı Hatırla" layihələrindən sonra yayılan şayiələr artmışdı. Lakin Hande Erçel və Hakan Sabancı hər dəfə birlikdə olduqlarını vurğulayaraq bu iddiaları təkzib etmişdilər.
Cütlüyün sosial mediada bütün fotolarını silməsindən sonra ayrılıq iddiaları yenidən alovlansa da, Hande Erçel və Hakan Sabancı hələlik bu mövzuda rəsmi açıqlama verməyib.
Lalə Qüdrətova
Milli.Az