Bir neçə türk məşhurla bağlı şok iddia yayılıb.
OLAY yazır ki, fotoqraf Adlin Mesutun yetkinlik yaşına çatmayan qızla uyğunsuz mesajlaşlarının ifşasından sonra Türkiyə gündəmi dəyişib.
Məsələnin ardınca, “Manifest” qrupu fotoqrafla olan işbirliklərini bitirib. Bundan sonra, bu sahədə eyni halla rastlaşan hər kəs paylaşım edib.
Belə ki, gənc aktrisa Doğa Lara Akkaya “Tozlu yaka” serialında evli və yaşca ondan çox böyük olan Tayanç Ayaydının onu narahat etdiyini, uyğunsuz mesajlar yazdığını açıqlayıb.
Doğa bu məsələni serialın prodüser şirkətimə bildirsə də, dəstək görmədiyini söyləyib. Aktyorun mesajlarını ifşa edən Doğaya serialdakı dostları da dəstək olub.
Həmçinin illər əvvəl çəkilən videoda sözügedən aktyorun gənc həmkarına yaxınlıq etməyə çalışdığı bəlli olub.
Prosesdə bir iddia da fotoqraf Dilan Bozyeldən gəlib. Sənətçi “Bahar” serialında Timuru canlandıran Mehmet Yılmaz Akla Diyarbakırda eyni sinifdə oxuduqlarını, aktyorun 16 yaşında ona cinsi zor*akılıq etməyə çalışdığını bildirib.
Fotoqrafın iddiasına görə, aktyor si*lahla onu cinsi münasibətə məcbur etməyə çalışıb. İddiadan sonra aktyor haqqında yalan məlumat yayıldığını və hüquqi prosesə başladığını açıqlayıb.
Aktrisa Qonca Vuslateri isə əslində belə halların çox olduğunu, lakin öz başına gəlmədiyi üçün açıqlaya bilmədiyini söyləyib.