Sevil və Sevinc bacılarından arxiv paylaşımı - Tənqidlərə cavab gəldi

Sevil və Sevinc bacılarından arxiv paylaşımı - Tənqidlərə cavab gəldi

Müğənni bacılar Sevil və Sevinc Səfərova sosial media hesablarında illər əvvəl çəkilmiş arxiv görüntülərini izləyiciləri ilə bölüşüblər.

Milli.Az xəbər verir ki, 2019-cu ilə aid olan videonu paylaşan sənətçilər sosial şəbəkələrdə tez-tez ünvanlarına yazılan tənqidlərə, xüsusilə də zahiri görkəmləri ilə bağlı "eybəcər" ifadəsinə yumorlu və ironiya dolu şəkildə cavab veriblər.

Əkiz bacılar paylaşımda bunları qeyd ediblər:

"Videoya baxıram və mənə elə gəlir ki, deyilən qədər də eybəcər deyilik".

Qeyd edək ki, Sevil və Sevinc bacıları sosial mediada tez-tez aktivlik göstərir və zaman-zaman keçmiş görüntülərlə nostalji paylaşaraq izləyiciləri ilə ünsiyyət qururlar.

Milli.Az