“Dərddən xəstəlik tapdı” - Xoşqədəm Hidayətqızı atasından yazdı

“Dərddən xəstəlik tapdı” - Xoşqədəm Hidayətqızı atasından yazdı

Əməkdar jurnalist Xoşqədəm Hidayətqızı bu gün vəfat edən atası ilə paylaşım edib.

OLAY yazır ki, aparıcı instaqramda bu sözləri yazıb:

“Bu dünyadan bir kişi adam kimi adam gelib keçdi. Yurd həsrətiylə qovruldu, dərddən xəstəlik tapdı. Yurduna, balasının ziyarətinə xəstə canla getdi, amma getdi Mənimlə getmək istədi yurduna... Qırılmış qəlbim imkan vermedi arzusu gerçəkləşsin. İndi çox üzgünəm, fotoda yanında deyiləm deyə bağışla məni, ata, iki arzunu həyata keçirə bilmədim... Məndən asılı olmayan səbəblərdən. Ürəyimdə böyük bir yara kimi qaldı Sən mənim yer üzündəki Allahım idin, sən mənim qoruyucu dağım idin, Allahdan sonra tək sığındığım limanım idin, bağışla səni bir ömür yanımda saxlamaq əlimdən gəlmədi”.