Deniz Akkaya 13 il müddətinə həbs edildi

Deniz Akkaya 13 il müddətinə həbs edildi
Deniz Akkaya 13 il müddətinə həbs edildi

Keçmiş model Deniz Akkaya barəsində məhkəmə hökmü elan edilib.

Milli.Az xəbər verir ki, ODA TV-nin xüsusi xəbərinə görə, Akkaya və digər beş müttəhim - Erdi Taşçı, Mehmet Dəmir, Oğuzhan Müezzino, Uğur Kamal Suksan və Yəhya Yılmaz Tüleyli "Birdən çox şəxs tərəfindən evə basqın və talan", eləcə də "Azadlıqdan məhrumetmə" cinayətlərində təqsirli bilinərək 13 il 4 ay həbs cəzasına məhkum ediliblər.

Qeyd edək ki, model və yanındakı 5 adamla birlikdə keçmiş meneceri Merih Yılmazı döyməkdə ittiham edilib.Deniz Akkaya Merihi ona külli miqdarda borcu olduğu üçün döydüyünü bildirib.

Fidan
Milli.Az

Mənbə: news.milli.az