"Sürət həddini endirdilər, artıq hər dəqiqə tıxac var"

"Sürət həddini endirdilər, artıq hər dəqiqə tıxac var"
"Sürət həddini endirdilər, artıq hər dəqiqə tıxac var"

Aktyor Elxan Rəsulov Ziyan Bünyadov (Dərnəgül şossesi) prospektindəki tıxacdan şikayətlənib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, avtomobildə olarkən həmin yoldan video paylaşan aktyor bunları deyib:

"Əvvəl burada sürət həddi 90 idi. Gün ərzində cəmi iki dəfə tıxac olurdu. Səhər tezdən və axşam insanlar işdən çıxarkən. İndi sürət həddini 70-ə endiriblər, maşallah, hər dəqiqə tıxac var. Burada sürət həddini 50 və ya 40-a salıb, yolu tam dayandırmaq olar. Hətta maşında nəsə satmaq da olar. Ya da ki, sürət həddini 100-ə qaldırıb, gün ərzində tıxacın sayını bir dəfə etmək olar".

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Mənbə: news.milli.az