Məşhur müğənni səhnə adını dəyişdi

Məşhur müğənni səhnə adını dəyişdi
Məşhur müğənni səhnə adını dəyişdi

"End of the World" hitinin 33 yaşlı super ulduzu Mayli Sayrus yeni musiqi layihələri ilə bağlı söz-söhbətlər fonunda sosial şəbəkələrdə adında dəyişiklik edib.

Milli.Az olay.az-a istinadən xəbər verir ki, o, İnstaqramdakı istifadəçi adını @mileycyrus-dan sadəcə @miley olaraq dəyişib.

Bu dəyişikliklə eyni vaxtda o, fotoqraf Mert Alas tərəfindən çəkilmiş qırmızı-qara tonlardakı yeni fotosunu İnstaqramda 200 milyondan çox izləyicisi ilə bölüşüb. Paylaşımın altına isə sadəcə "MİLEY" yazıb.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Mənbə: news.milli.az