Mayı “Sünnət ayı” edənlər...

Mayı “Sünnət ayı” edənlər...
Mayı “Sünnət ayı” edənlər...

2024-ün ilk 5 ayı yaddaşda qalmaqallar, ölüm hadisələri və xeyir işlərlə qalıb. Xüsusilə də may ayında ard-arda toy xəbərləri oxuyuruq. Amma maraqlıdır ki, bunların əksəriyyəti kiçik toy məclisləridir...

Elə başlayaq tanınmışların övladlarının sünnət toylarından.

OLAY yazır ki, müğənni Tunar Rəhman oğlu Rəhmana mayın 6-da kiçik toy edib. Lakin Tunar birinci məclisə yalnız bəyləri çağırıb. O, mayın 9-da isə bütün yaxınlarının, şou-biznes nümayəndələrinin yer aldığı məclis qurub. Sənətçinin gecədə xanımı ilə rəqsi də sosial şəbəkələrdə gündəm olub.

Ayın əvvəlində qiraətçi Xəzər Süleymanlı oğluna ailə arasında məclis keçirib.

Mayın 11-də aktrisa Xuraman Əlizadə yaxınlarını, sənət dostlarını başına yığaraq oğlu Əlinin kiçik toyunu edib. Sənətçinin xoş günündən fotolar sosial şəbəkələrdə yayılıb.

Ayın 27-də müğənni Əhməd Mustafayev oğlu Harunun sünnət toyunu keçirib. Onun həmkarları, şou-biznes nümayəndələri və ailə üzvləri məclisində yer alıb.

Əhmədin ardınca vizajist Nigar İbrahimova oğlu Rəsulun həm ad gününü, həm də sünnətini qeyd edib. Mayın 29-da baş tutan toyda Nigarın yaxınları, şou nümayəndələri qonaq olub.

Son olaraq ayın 29-u Əməkdar artist İlkin Əhmədov oğlu Turxanın kiçik toyunu keçirib.

Ürək rahatlığı ilə yaza bilərik ki, 2024-ün Mayı “Sünnət” ayı kimi qeydə alındı...

Mayı “Sünnət ayı” edənlər...
Mayı “Sünnət ayı” edənlər...
Mayı “Sünnət ayı” edənlər...
Mayı “Sünnət ayı” edənlər...
Mayı “Sünnət ayı” edənlər...
Mayı “Sünnət ayı” edənlər...
Mənbə: olay.az