Türkiyəli müğənni Ajda Pekkanın 72 yaşlı bacısı Semiramis Pekkan sosial şəbəkədə paylaşdığı yeni görüntülərlə diqqət mərkəzinə düşüb.
Milli.Az xəbər verir ki, Semiramis yaxtada istirahət edərkən çəkilmiş bikinili vidosunu izləyiciləri ilə bölüşüb. Onun paylaşımı qısa müddətdə geniş maraq doğuraraq minlərlə bəyənmə və çoxsaylı şərh toplayıb.
72 yaşında fit bədən quruluşu və enerjili görünüşü ilə diqqət çəkən Pekkan sosial media istifadəçilərinin müzakirə mövzusuna çevrilib. İzləyicilərin bir qismi onun baxımlı görünüşünü və sağlam həyat tərzini təqdir etsə də, digərləri paylaşımla bağlı fərqli fikirlər səsləndiriblər.
Qısa zamanda yayılan görüntülər sosial şəbəkələrdə geniş maraq doğurub və istifadəçilər arasında müzakirələrə səbəb olub.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
















