Nadir Qafarzadə: "Allah həmin gün canımı alsın"

Nadir Qafarzadə: "Allah həmin gün canımı alsın"
Nadir Qafarzadə: "Allah həmin gün canımı alsın"

Müğənni Nadir Qafarzadə canlı efirdə səsləndirdiyi fikirlərlə diqqət çəkib.

Milli.Az-ın məlumatına görə, sənətçi bildirib ki, ömrü boyu öz zəhməti ilə dolanmağa üstünlük verib və heç vaxt övladlarının qazancına möhtac olmaq istəmir.

Qafarzadə deyib ki, onun üçün ən vacib məsələ yaşlandığı dövrdə də müstəqil qalmaq və heç kimə yük olmamaqdır. O, övladlarının və ailə üzvlərinin hər zaman yanında olduğunu vurğulasa da, insanın imkan daxilində öz işini özü görməsinin daha doğru olduğunu qeyd edib.

Müğənni əlavə edib ki, evdə qızları və nəvələri ilə birlikdə yaşayır, ailə üzvləri ona böyük qayğı göstərirlər. Buna baxmayaraq, gələcəkdə yaxınlarının onun qulluğunda əziyyət çəkməsini istəmədiyini bildirib.

Sənətçi uzun ömür arzulayanlara da maraqlı mesaj ünvanlayaraq, əsas istəyinin çox yaşamaq deyil, son ana qədər sağlam və güclü qalmaq olduğunu söyləyib:

"Allah məni övlad qazancına möhtac etməsin, həmin gün canımı alsın. Həmişə özüm qazanıb, özüm xərcləmişəm. Güclü olmuşam, gücsüzlüyə dözmərəm".

Nadir Qafarzadənin bu səmimi etirafı sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Bəzi izləyicilər onun fikirlərini dəstəkləyərək insanın ömrünün sonuna qədər müstəqil yaşamaq arzusunu təqdir ediblər, digərləri isə mövzu ilə bağlı fərqli rəylər səsləndiriblər.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Mənbə: news.milli.az