Bloqer Aysel Şükürün səhhətində ciddi problem yaranıb.
Milli.Az xəbər verir ki, onun zəhərləndiyi bildirilib.
Ayselin hesabında bu barədə qeyd olunub:
"Məlumat üçün bildirmək istəyirəm ki, Aysel xanım dünən gecədən etibarən ciddi şəkildə zəhərlənib və hazırda səhhəti yaxşı deyil. Bu səbəbdən telefon zənglərinə və mesajlara cavab verməsi mümkün olmayacaq. Xahiş edirik, dualarınızı əsirgəməyin".
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Mənbə:
news.milli.az
















