Xalq artisti Aygün Kazımovanin illər əvvəl çəkilmiş görüntüləri sosial şəbəkələrdə yenidən maraq doğurub.
Milli.Az xəbər verir ki, söhbət pop divanın vaxtilə qonaq olduğu "Ay ev yiyəsi" verilişindən gedir. Həmin kadrlarda Aygün Kazımovanın kənd sakinlərindən biri ilə meyxana deməsi diqqət çəkib.
Sənətçinin bu fərqli tərəfi izləyicilər tərəfindən maraqla qarşılanıb. Bir çox istifadəçi sənətçinin improvizasiya bacarığını yüksək qiymətləndirərək görüntülərlə bağlı müsbət rəylər paylaşıb.
Qısa müddətdə geniş yayılan kadrlar nostalji hisslər yaradıb və sosial şəbəkələrdə müzakirələrə səbəb olub. İzləyicilər Aygün Kazımovanın müxtəlif janrlarda özünü sınamasını maraqlı addım kimi dəyərləndiriblər.
Hüseyn
Mənbə:
news.milli.az
















