Üçüncü dəfə valideyn olmaq həyəcanı yaşayan türk müğənni Berkay və həyat yoldaşı Özlem Ada Şahin tətil mövsümünü Çeşmedə açıb.
OLAY yazır ki, çimərlikdə görüntülənən Berkay və Özlem Ada Şahin əvvəlcə nahar edib, daha sonra birlikdə dənizə giriblər.
6 aylıq hamilə olan Özlem Ada Şahin isə dənizdə uzun müddət qalmağa üstünlük verməyib.
Qeyd edək ki, cütlük 2017-ci ildə böyük qızları Arya Şahini, 2019-cu ildə isə kiçik övladları Zeynep Mira Şahini qucaqlarına alıblar. Onların üçüncü övladının da qız olacağı bildirilir.


Mənbə:
olay.az
















