Mərhum Xalq artisti Məmmədbağır Bağırzadəyə həsr olunan televiziya proqramında duyğusal anlar yaşanıb.
Milli.Az xəbər verir ki, MTV kanalında yayımlanan "Keçmişdən Gələcəyə" verilişinin növbəti buraxılışı məşhur sənətkarın yaradıcılığına həsr edilib. Veriliş zamanı sənətkarın oğlu atasının süni intellekt vasitəsilə hazırlanmış görüntüsünü izləyib.
Atasının səsini yenidən eşidən oğul göz yaşlarını saxlaya bilməyib və kövrək anlar yaşayıb. Studiyadakı emosional atmosfer tamaşaçıların da diqqətini çəkib.
Sosial şəbəkələrdə yayılan görüntülər izləyicilər tərəfindən duyğusal qarşılanıb. Bir çox istifadəçi Məmmədbağır Bağırzadənin sənətinin və səsinin illər keçsə də unudulmadığını qeyd edib.
Musa
Milli.Az
Mənbə:
news.milli.az
















