Türkiyəli məşhur aktrisa Afra Saraçoğlu və yeni sevgilisi, iş adamı Poyraz Yosmaoğlu İspaniyanın paytaxtında birlikdə görüntülənib.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Madrid şəhərində tətildə olan cütlüyün restoranda şam yeməyi zamanı kameralara tuş gəldiyi bildirilib.
Fotoların sosial mediada yayılmasından sonra ikilinin münasibəti ilə bağlı iddialar yenidən gündəmə gəlib.
Məlumata görə, uzun müddətdir aralarında münasibət olduğu barədə şayiələr yayılan Afra Saraçoğlu və Poyraz Yosmaoğlu daha əvvəl də birlikdə tətildə görüntülənmişdilər.
Milli.Az

Mənbə:
news.milli.az
















