Günlərdir axtarılan tanınmış aktyorun meyiti tapıldı - FOTO

Günlərdir axtarılan tanınmış aktyorun meyiti tapıldı - FOTO
Günlərdir axtarılan tanınmış aktyorun meyiti tapıldı - FOTO

"Netflix"in məşhur "Virgin River" serialındakı rolu ilə tanınan 45 yaşlı aktyor və prodüser Stüart Maklin Kanadada ölü tapılıb.

Milli.Az xəbər verir ki, aktyor mayın 15-dən itkin düşmüşdü. Onun cansız bədəni Britaniya Kolumbiyası əyalətinin Lions Bay bölgəsində aşkarlanıb.

Hadisə ilə bağlı istintaq Kanadanın İnteqrasiya olunmuş Qətl İstintaq Qrupu tərəfindən aparılır.

Polis ilkin araşdırmalar zamanı əldə olunan dəlillərin Maklinin qətl qurbanı ola biləcəyini göstərdiyini bildirib. Hazırda aktyorun ölüm səbəbinin müəyyənləşdirilməsi üçün məhkəmə-tibbi ekspertizası aparılır.

İstintaq çərçivəsində təhlükəsizlik kameralarının görüntüləri və şahid ifadələri araşdırılır.

Fidan
Milli.Az

Günlərdir axtarılan tanınmış aktyorun meyiti tapıldı - FOTO
Mənbə: news.milli.az