Azərbaycanda bu həftə ardıcıl 5 gün qeyri-iş günü olacaq.
OLAY yazır ki, Nazirlər Kabinetinin qərarına əsasən, mayın 27 və 28-i Qurban bayramı münasibətilə qeyri-iş günü elan edilib.
Mayın 28-də eyni zamanda Azərbaycanda Müstəqillik Günü də qeyd olunur.
Qurban bayramı və Müstəqillik Gününün eyni tarixlərə təsadüf etməsi səbəbindən Əmək Məcəlləsinə uyğun olaraq mayın 29-u da qeyri-iş günü hesab ediləcək.
Əmək Məcəlləsinə əsasən, iş günü hesab edilməyən bayram günlərindən əvvəlki iş gününün müddəti bir saat qısaldılır. Bu səbəbdən mayın 26-sı qısaldılmış iş günü olacaq.
Azərbaycanda növbəti iş günü isə iyunun 1-nə təsadüf edəcək.
Mənbə:
olay.az

















