Zaurun verilişinin saatı azaldıldı

Zaurun verilişinin saatı azaldıldı
Zaurun verilişinin saatı azaldıldı

Aparıcı Zaur Baxşəliyevin “Bizimləsən” verilişinin vaxtı dəyişdirilib.

OLAY yazır ki, bugünkü efirdə Zaur özü ATV-nin rəhbərliyindən xahiş edib. O bildirib ki, artıq hər gün 4 saat efirdə olmaqdan yorulub:

“Çox yoruluram. Özümə, övladlarıma vaxt ayıra bilmirəm. Səhər açılır işə qaçmalayıam, mənim başqa işlərim də var. Beşin yarısından 7-ə qədər etsəz, çox sevinərəm. Artıq sabahdan belə edə bilərik. Mənə 2 saat yarım bəsdir. Övladlarıma da vaxt ayırmaq istəyirəm. Rəhbərlik bunu nəzərə alsın. Dedilər ki, xahişinizi qəbul etdik, sabah 16:30-dan efirdəyik. Gözlərimə inana bilmirəm. Anlayışla yanaşdığınız üçün təşəkkür edirəm. Başqa kim nə edəcək bilmirəm. Amma şəxsən Zaur Baxşəliyev kimi bunu istəyirəm. Rəhbərliyə də təşəkkür edirəm ki, xahişimi qəbul edirəm”.

Mənbə: olay.az