Müğənni Britni Spirs reabilitasiya mərkəzində müalicə kursunu başa vurub.
OLAY yazır ki, sənətçi özünü sağlam, xoşbəxt və pozitiv hiss edir, reabilitasiya dövrü isə ona “daxili tarazlıq tapmağa” kömək edib.
Mərkəzdən çıxdıqdan sonra sənətçi ilk dəfə ictimaiyyətdə görünüb. O, Kaliforniyada “Mercedes-Benz G-Wagon” avtomobili ilə gəzintiyə çıxıb. Şahidlərin sözlərinə görə, müğənni sakit və rahat görünüb.
Xatırladaq ki, Spirs aprelin 12-də özü reabilitasiya mərkəzinə müraciət edib.

















