Türkiyəli sosial media fenomeni Rüveyda Özek paylaşımı ilə gündəm olub.
Milli.Az xəbər verir ki, o, övladı üçün Gucci markasına məxsus əmzik almaq istədiyini, lakin bunu Türkiyədə tapa bilmədiyini bildirib. Daha sonra məhsulun Dubayda satışda olduğunu öyrənib.
Fenomenin həyat yoldaşı Mete isə həmin əmziyi Dubaydan gətirəcəyinə söz verib.
Lakin bu məsələ sosial şəbəkələrdə birmənalı qarşılanmayıb. Bir çox istifadəçi təxminən 490 dollar (833 manat) dəyərində olan əmziyə belə məbləğin xərclənməsini tənqid edərək, bu vəsaitin daha ehtiyacı olan uşaqlara yönəldilməsinin daha doğru olacağını vurğulayıb.
Musa
Milli.Az
















