Əməkdar artist Bəhram Bağırzadə açıqlaması ilə diqqət mərkəzinə düşüb.
Milli.Az xəbər verir ki, aktyor Bakıda aparılan söküntü işlərindən danışarkən, bir çoxlarının bilmədiyi maraqlı tarixi faktı da açıqlayıb. Onun sözlərinə görə, paytaxtın mərkəzi hissəsində yerləşən İstiqlaliyyət küçəsi, Filarmoniya bağı və Azərbaycan Milli İncəsənət Muzeyi ərazilərindən başlayaraq Çəmbərəkənd istiqamətinə qədər olan sahələr əvvəllər qəbiristanlıq olub.
Bəhram Bağırzadə bildirib ki, İçərişəhərdə yaşayan sakinlər 200-300 il əvvəl vəfat edən yaxınlarını məhz həmin ərazilərdə dəfn edirmiş. Daha sonra isə bu qəbiristanlıq şəhərin inkişafı ilə əlaqədar köçürülüb.
Aktyor səsləndirdiyi fikirlərlə müzakirələrə səbəb olub. O, "Qəbiristanlıq şəhərin mərkəzində qalmalı idimi?" sualı ilə ictimaiyyətə müraciət edərək mövzu ətrafında fikir mübadiləsinə zəmin yaradıb.
Musa
Milli.Az
















