Nuri Bilge Ceylanın yeni filmi “Yorgun Güneş” üçün kamera qarşısına keçməyə hazırlaşan Kerem Bürsindən tərəf müqabili haqqında tərif dolu sözlər gəlib.
OLAY yazır ki, siması olduğu lüks marka üçün mətbuat nümayəndələri ilə görüşən aktyor maraqla gözlənilən film haqqında ilk dəfə danışıb.
Hekayənin əsas mərkəzində Pınar Denizin olacağını bildirən Bürsin bunları deyib: “Nuri müəllimlə işləmək qürurvericidir. Çox gözəl bir hissdir. Filmin əsas ulduzu isə Pınar Deniz olacaq.”


















