Məşhur türk aktrisa açıqlamaları ilə yenidən gündəmə gəlib.
Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, sənətçi gündəlik həyatı ilə bağlı səmimi etiraflar edərək, "Hətta çörək almağa gedəndə belə makiyaj edirəm" sözləri ilə diqqət çəkib. Onun bu fikirləri sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
Aktrisa şəxsi həyatı ilə bağlı da maraqlı açıqlamalar verib. O, bildirib ki, keçmiş münasibətlərinə görə heç vaxt peşmanlıq hissi keçirməyib:
"Heç vaxt peşman olduğum bir münasibət yaşamadım. Hamısının gözəl xatirələri var. Amma 'elə bir münasibətim oldu ki, digərlərini unutdurdu' deyə biləcəyim bir şey də olmayıb".
Onun bu sözləri pərəstişkarları tərəfindən maraqla qarşılanıb və qısa müddətdə gündəm mövzusuna çevrilib.
Musa
Milli.Az
















