Müğənni Pünhan Piriyev Sumqayıtda səhnə zamanı lentə alınan qalmaqallı görüntülərlə bağlı növbəti dəfə gündəmə gəlib.
Milli.Az xəbər verir ki, sənətçi onu tənqid edən model xanımla sosial şəbəkədə gərgin mübahisə yaşayıb. Qarşı tərəfin iradlarına sərt reaksiya verən ifaçı həmin xanımın ünvanına kəskin və təhqiramiz ifadələr işlədib.
Model isə buna cavab olaraq videoaçıqlama yayıb və məsələyə münasibət bildirib. Tərəflər arasında baş verən qarşılıqlı ittihamlar sosial mediada geniş müzakirələrə səbəb olub.
Qeyd edək ki, Pünhan Piriyevin səsləndirdiyi sərt fikirlər izləyicilər tərəfindən birmənalı qarşılanmayıb və hadisə ətrafında müzakirələr davam edir.
Musa
Milli.Az


















