Onun sürprizi Əməkdar artisti ağlatdı

Onun sürprizi Əməkdar artisti ağlatdı

Əməkdar artist Bəsti Sevdiyeva ad gününü "Günə uğurla" verilişində qeyd edib.

Milli.Az xəbər verir ki, sənətçiyə ən böyük sürprizi oğlu Ayxan edib. Proqrama qatılan Ayxan anası haqqında söylədiyi sözlərlə onu kövrəldib:

"Atamın əmanətidir. Allah onu başımızın üstündən əskik etməsin. Muğam sahəsində öz dəsti-xətti olan sənətkardır. Allah onu var etsin, sağlam ömür qismət etsin."

Oğlunun bu sözləri B.Sevdiyevanı kövrəldib. 

Qeyd edək ki, müğənninin bir qız, bir oğul övladı var.  (axşam.az)

Milli.Az